Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Tovuzda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp