Avtobus “İblisin burnu”ndan uçuruma düşdü: 13 ölü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Kolumbiyada avtobus uçuruma yuvarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində, Pasto şəhərindən Tumako limanına gedən yolda baş verib. Avtobus torpaq sürüşməsi səbəbindən uçuruma düşüb.

Yerli polis həmin sahənin 66 metr yüksəklikdə yerləşdiyini və “İblisin burnu” kimi tanındığını bildirib.

Qəza nəticəsində ən azı 13 nəfərin həlak olduğu bildirilir. Onlardan 7-si kişi, 5-i qadın, biri isə 6 aylıq körpədir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp