Arvadının oğlanla yazışdığını canlı yayımda öyrəndi – Məni biabır etməsinlər artıq – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Biləsuvarda 17 yaşlı Aygünün bibisi oğlu tərəfindən qaçırılmasından sonra qızın valideynlərinin “Səni axtarıram” verilişində qızlarını geri qaytarmaq üçün kömək istəməkləri bir çox şok detalların ortaya çıxmasına gətirib çıxarıb.

Milli.Az xəbər verir ki, Xoşqədəmin aparıcısı olduğu verilişə hər şeyi etiraf edən 17 yaşlı Aygün heç də hər şeyin anasının dediyi kimi olmadığını bildirib. Aygün anasını baldızı oğlu ilə onun adından mesajlaşmaqda günahlandırıb. Onun valideynlərindən son xahişi “Məni heç yerdə biabır etməsinlər artıq, söhbəti bağlasınlar” olub.

Canlı yayım zamanı efirdə Aygünün etirafını eşidən atası, qızının anası ilə bağlı söylədiklərindən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Aygünün atası anasından 2011-ci ildə ayrılıb. O, ikinci dəfə ailə qurub.

Aygünü qaçıran Eminin atası da studiyaya gəlib. Qarşı tərəfin ailəsi ilə bağlı səsləndirdiyi ittihamları qəbul etməyib. O, Aygünü qızı kimi çox istədiyini və “İstəsə oxudacam” deyib.

Aygünün anası ilə bağlı sözügedən tükürpədici açıqlamalarını aşağıdakı videoda daha ətraflı izləyə bilərsiniz: 

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qızının adından oğlanla yazışdı - Məni biabır etməsinlər artıq

Qızının adından oğlanla yazışdı - Məni biabır etməsinlər artıq	-1

Qızının adından oğlanla yazışdı - Məni biabır etməsinlər artıq	- 2

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp