“Arsenal”dan Obameyanqa görə ilk sorğu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Arsenal” Obameyanqı transfer etmək üçün fəaliyyətə başlayıb. Bu barədə qabonlu hücumçunun şərəfini qorduğu “Borussiya”nın rəsmisi Hans-Yoahim Vatzke məlumat verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun direktoru “topçular”ın təklif etdiyi məbləği açıqlamadan boyun qaçırıb.

“Təsdiq edə bilrəm ki, Pyer-Emerik Obameyanqa görə “Arsenal”dan ilk sorğu almışıq. İngilis klubundan bizə təklif olunan konkret məbləği açıqlamaq niyyətində deyilik”- Vatzke deyib.

İngiltərə mətbuatı “Arsenal”ın 28 yaşlı forvardın transferinə 50 milyon avro xərcləməyə hazır olduğunu yazır. Komandanın baş məşqçisi Arsen Venqer isə futbolçu ilə danışıq aparmadıqlarını bildirib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp