Aleksis Sançes rəsmən “Mançester Yunayted”ə keçib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İngiltərənin “Mançester Yunayted” və “Arsenal” klubları müvafiq olaraq Aleksis Sançes və Henrik Mxitaryanla müqavilə bağladıqlarını bəyan ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, “Mançester Yunayted”in mətbuat xidməti Çili yığmasının hücumçusu ilə müqavilənin şərtlərini açıqlamayıb.

“Arsenal” da ermənistanlı forvardla müqavilənin detallarını açmayaraq, onun uzunmüddətli olduğunu qeyd etməklə kifayətlənib.

Aleksis Sançes 2014-cü ildən “Arsenal”ın şərəfini qoruyub, Henrik Mxitaryan isə  2016-cı ildə Dortmund “Borussiya”sından “Mançester”ə keçib. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp