Aktyorlar ən yaxşı aktyorları seçdilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ-da ölkənin və dünyanın ən nüfuzlu kinematoqrafiya ödüllərindən sayılan “Screen Actors Guild Awards” mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az CBS-ə istinadən bildirir ki, “The Shrine Auditorium”da keçirilən mərasimin triumfatoru britaniyalı kinorejissor Martin Makdonanın “Three Billboards Outside Ebbing, Missouri” filmi olub.

Film “Ən yaxşı aktyor heyəti” mükafatına layiq bilinib. Lentdə baş rolda oynamış Frensis Makdormand isə “Ən yaxşı aktrisa” sayılıb.

Rejissor Co Raytın “Darkest Hour” filmində Uinston Çörçill rolunu oynamış Qeri Oldman “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlib.

“Screen Actors Guild Awards” mükafatını Amerika Kinoaktyorlar Gildiyası 1995-ci ildə təsis edib. Qaliblərə 40,6 sm hündürlüyü, 5 kq ağırlığı olan bürünc “Aktyor” heykəlciyi verilir.

Nominasiyaları və qalibləri təqdim edirik:

“Ən yaxşı film” – “Three Billboards Outside Ebbing, Missouri”

“Ən yaxşı aktrisa” – Frensis MakDormand (Three Billboards Outside Ebbing, Missouri)

“Ən yaxşı aktyor” – Qeri Oldman (Darkest Hour)

“Dramatik serialda ən yaxşı aktyor heyəti” – “This Is Us”

“Dramatik serialda ən yaxşı aktrisa” – Kleri Foy, “The Crown”

“Dramatik serialda ən yaxşı aktyor”  – Sterlinq Braun (“This Is Us”)

“Mini-serialda ən yaxşı aktrisa” – Nikol Kidman (“Big Little Lies”)

“Mini-serialda ən yaxşı aktyor” – Aleksander Skarsgard (“Big Little Lies”)

“Arxa planda ən yaxşı aktyor” – Sem Rokuell (“Three Billboards Outside Ebbing, Missouri”)

“Arxa planda ən yaxşı aktrisa” – Ellison Cenni (“I, Tonya”)

“Komediya serialında ən yaxşı heyət” – “Veep”

“Komediya serialında ən yaxşı aktrisa” – “Culiya Lui-Dreyfus (“Veep”)

“Komediya serialında ən yaxşı aktyor” – Uillyam Mesi (“Shameless”)

“Televiziya filmində ən yaxşı heyət” – “Wonder Woman”

“Teleserialda ən yaxşı heyət” – “Game of Thrones”

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp