“Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq. Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır”, deyə B.Bozdağ qeyd edib.

Onun sözlərinə görə, əməliyyatın ilk üç günü ərzində əvvəl planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb. “Hərbçilərimiz arasında ölən və yaralanan yoxdur”, deyə B.Bozdağ vurğulayıb. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp