ABŞ Türkiyə ilə birgə Suriyada “təhlükəsizlik zonası” yaratmaq niyyətindədir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ dövlət katibi Reks Tillerson ölkəsinin Suriyanın şimal-qərbində “təhlükəsizlik zonası”nın yaradılması məqsədi ilə Türkiyə ilə birgə fəaliyyətin həyata keçirilməsinə ümidvar olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tillerson hal-hazırda bu cür əməkdaşlığın mümkünlüyünün araşdırıldığını bildirib.

“Biz Türkiyə tərəfi və bir sıra başqa qüvvələrlə vəziyyətin sabitləşdirilməsi mövzusunda danışıqlar aparırıq”,- deyə Dövlət Departamentinin rəhbəri bildirib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp