ABŞ-da senatorlar hökumətin fəaliyyətinin bərpasına dair razılığa gəliblər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyinə Demokratlar partiyasının Senatdakı lideri Çak Şumer bəyan edib.

“Bu gün hökumətin işinin bərpası üçün səs verəcəyik”, deyə Ç.Şumer qeyd edib.

Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp