11 aylıq uşağın bədənində 16 iynə tapıldı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Özbəkistanda cərrahlar 9 saat davam edən cərrahiyyə əməliyyatı sayəsində 11 aylıq körpənin bədənindən 13 iynə çıxarıblar.

Milli.Az Kun.uz-a istinadən bildirir ki, uşaq hazırda Daşkənddəki Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin reanimasiya bölməsindədir.

Professor Həbibulla Akilovun dediyinə görə, uşağın bədənində 3 iynə qaldığından təkrar cərrahiyyə əməliyyatı olacaq.

“Müayinə və analizlər zamanı bəlli oldu ki, o iynələr uşağın bədənində ən azı bir ay qalıb. İynələrin uşağın bədəninə necə düşdüyünün səbəbini hələlik bilmirik”, – H.Akilov deyib.

Onun sözlərinə görə, Fərqanə vilayətinin sakini olan qadın yanvarın 22-də xəstəxanaya üz tutaraq uşağının halının pisləşdiyini deyib.

Həkimlərin dediyinə görə, uşaq iynələri uda bilməzdi. Kimsə o iynələri uşağın bədəninə yeridib.

Polis və prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp