Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Terror qruplaşmalarına ilk zərbəni “Fərat qalxanı” ilə vurmuşduq”.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik”, – deyə o, vurğulayıb.

R.T.Ərdoğan bildirib ki, Türkiyə ordusu Afrində vəzifəsini icra edir və edəcək: “Türkiyənin bu əməliyyatlarda əsas hədəfi təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Həmin terrorçular Türkiyə üçün nə dərəcdə təhdid yaradırsa, eyni dərcədə İran, Suriya, İraq və bütövlükdə bölgə üçün təhlükə mənbəyidir”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp