Əməkdar artistin nəvəsi yandı, hönkür-hönkür ağladı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az-a daxil olan məlumata görə əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarovanın nəvəsi özünü yandırıb. Aktrisa gözlaşları içərisində Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verərək hönkürüb:

“Nəvəm üstünə qaynar su tökərək özünü yandırıb (ağlayır). Ayağından və əlindən yanıq xəsarətləri alıb. Bir neçə gündür ki, xəstəxanadayam. Onun yanında mən qalıram, qucağımda ora aparıram, bura gətirirəm. Kənddən mənim yanıma qonaq gəlmişdi. Heç kim həyatdan sığortalanmayıb. Kim nə bilərdi ki, bu hadisə baş verəcək? Hal-hazırda həkim nəzarətindədir, İnşallah ki, tezliklə ayağa qalxar. İnanın Allaha, çox acı çəkirəm” deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp