Əməkdar artist oğlundan danışdı: “Həyata baxışımız tamam fərqlidir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əməkdar artist Almaz Orucova oğlundan danışıb. Milli.Az-a açıqlama verən müğənni oğlunun kaprizli olduğunu bildirib.

“Oğlumun çox kaprizli xasiyyəti var. Mən çox istəyərdim ki, onu efirə çıxarım, amma o istəmir. Çox istedadlıdır, gözəl “slux”u var. Amma başqa istiqamətdə təhsil alır. Oğlum Azər Azərbaycan Dillər Universitetində italyan dilini öyrənir. Bəzən evdə oxuyanda fikirləşirəm ki, indi mənimlə zümzümə edər, amma oxumur. Onun həyata baxışı tamamilə fərqlidir. Bilmirəm bütün uşaqlar belədir, yoxsa təkcə oğlum? Əslində buna sevinməliyik”, – deyə müğənni bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp