Ustad Mütəhhərinin yuxuda aldığı şəhadət xəbəri



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ustad Mütəhhəri şəhadətindən üç gün əvvəl gecə yatan zaman sadiq yuxu görür və bu yuxuda şəhadət xəbərini alır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alim yuxudan ayılandan sonra yuxusunu belə nəql edir: “Yuxuda gördüm ki, mən Rəhmətlik İmam (r) ilə birlikdə Kəbə evini təvaf etməklə məşğuluq. Anidən gördüm ki, Həzrət Peyğəmbər (s) sürətlə mənə tərəf gəlir. Peyğəmbər (s) mənə yaxınlaşanda İmam Xomeyniyə (r) hörmətsizlik etməmək üçün kənara çəkildim və dedim: “Ya Rəsulallah (s)! Ağa – Sizin övladlarınızdandır”.

 

Həzrət Peyğəmbər (s) Ağaya yaxınlaşdı və üzündən öpdü. Sonra mənə yaxınlaşdı və mübarək dodaqlarını dodaqlarıma toxundurdu.

Mən yuxunun dəhşətli təsirindən ayıldım və bu zaman Həzrətin (s) dodaqlarının hərarətini hələ də hiss edirdim…

 

Mən əminəm ki, tezliklə mənimlə mühüm hadisə baş verəcəkdir”.

 

Üstündən 3 gün keçmiş, münafiq terrorçular Ustad Mütəhhərini şəhid etdilər..

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp