Türkiyədə görünməmiş etiraz – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə 1-ci divizionunun 18-ci turunda “Çaykur Rizespor”a 0:3 hesabıyla məğlub olan “Manisaspor”un futbolçuları rəhbərliyə qeyri-adi şəkildə etiraz bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, manisalı futbolçular azarkeşlərin də tələbi ilə formalarını meydanda qoyub paltardəyişmə otağına yollanıblar.

Maliyyə sıxıntıları üzündən tarixinin ən çətin günlərini yaşayan “Manisaspor” hazırda çempionatın autsayderlərindəndir. 18 turdan sonra 11 xalla 17-ci pillədə qərarlaşıblar.

Futbolçular aylardır əməkhaqlarını ala bilmədiyi üçün bu formada rəhbərliyə etirazını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp