Türkiyə sabah Afrində quru əməliyyatına başlayacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə bazar günü Afrində quru əməliyyatına başlaya bilər.

Milli.Az “Report”a istinadən bildirir ki,bu barədə ölkənin baş naziri Bineli Yıldırım bildirib.

Daha əvvəl Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı Afrində terrorçu PKK-nın Suriya qolu olan YPG-yə və PYD-ə qarşı “Zeytun budağı” adlı əməliyyatın başlandığını elan edib. Əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Baş Qərargahın məlumatına görə, əməliyyatda 72 hərbi təyyarə iştirak edib. Onlar 113 hədəfdən 108-ini məhv ediblər.

“Bizim aviasiyamız bu gün nəzərdə tutulmuş hədəflərin əksəriyyətinə zərbə endirib. Sabah, şəraitdən asılı olaraq, bizim quru qoşunlarımız lazımlı işi yerinə yetirəcək. Onlar Azad Suriya ordusu ilə birgə hərəkət edəcəklər”, – deyə baş nazir jurnalistlərə bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp