Türkiyə region ölkələrinin səfirlərini Afrindəki əməliyyat barədə məlumatlandıracaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə XİN region ölkələrinin – İordaniya, İraq, Livan, Qətər, Küveyt və Səudiyyə Ərəbistanı – səfirlərini Afrində başlanılan “Zeytun budağı” əməliyyatı barədə məlumatlandıracaq.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, adıçəkilən ölkələrin səfirləri bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılacaq və orada nazirlik müşavirinin köməkçisi Sedat Oman antiterror əməliyyatının gedişi barədə onlara məlumat verəcək.

Qeyd edək ki, ötən gün ABŞ, Rusiya, Böyük Briyaniya, Fransa, Çin və İran səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və əməliyyat haqqında məlumatlandırılıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp