Tehran Ankaraya ultimatum verdi: Afrində əməliyyat dərhal dayandırılsın
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
İran Türkiyənin Suriyanın Afrin vilayətinə müdaxiləsini tezliklə dayandırmağa çağıraraq, rəsmi Ankaranın “terrorçu” qruplaşmalara yardım etdiyini bildirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə “Reuters”ə xəbər verir.
“İran ümid edir ki, Türkiyə və Suriyanın sərhədyanı regionlarında böhranın dərinləşməsinin qarşısını almaq üçün bu əməliyyat dərhal başa çatacaq. Afrindəki mövcud vəziyyət Suriyanın şimalında terrorçu qruplaşmaların uğurlarına yardımçı ola bilər”, – deyə, İran XİN-nin nümayəndəsi Bəhram Qasimi bildirib.
Qeyd edək ki, bundan əvvəl türk hərbçilərinin hava hücumları nəticəsində Afrində kürdlərə məxsus 45 silahlı birləşməni məhv etdikləri bildirilirdi
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin