Şirin və yağlı qida intelekt səviyyəni aşağı salır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bristol universitetinin tədqiqatçıları təsdiq edirlər ki, erkən yaşlı uşaqların qidalanması gələcəkdə onların intellekt səviyyəsinə (İQ) təsir edir.

Alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlı və şirin qida uşağın intellekt səviyyəsini aşağı salır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkimlər bir neçə il ərzində bir qrup uşaqları tədqiq edirdilər. Məlum oldu ki, 3 yaşında şirin və yağlı qidaları tez-tez qəbul edən uşaqların, 8 yaşında İQ səviyyəsi digər yaşıdlarla müqayisədə daha aşağı səviyyədə olub. Düzgün qidalanan uşaqların İQ səviyyəsi daha yüksək olur.

Expertlərin fikrinə görə, bunun səbəbi odur ki, uşağın beyini məhz 3 yaşında daha intensiv şəkildə inkişaf edir. Həkimlər uşaqların rasionunda yağlı və şirin qidaları məhdudlaşdırmağı məsləhət görürlər. Alimlərin fikrinə görə, bu halda uşaqlar həm sağlam, həm də ağıllı böyüyəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp