Qulaq çirkinin rəngləri nəyi ifadə edir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qulaq çirkinin qulağın kifayət qədər təmizlənilməməsindən qaynaqlandığı güman edilsə də, əslində bu belə deyil.

Deyerler.org xəbər verir ki, qulaq çirki hər bir sağlam qulaqda rast gəlinən bir haldır. Bəs bu qulaq çirkinin rəngləri nəyi ifadə edir?

 

Yumşaq və solğun sarı

Milli.Az deyerler.org-a istinadən bildirir ki, adətən bu rəngdə olan çirklər, ən çox uşaqlarda rast gəlinir. Uşaqların qulaqlarının böyüklərə nisbətən daha tez-tez çirklənməsi normaldır və sağlamdır. Uşaqların yaşı artdıqca, yaranan qulaq mayesinin miqdarı azalacaq.

 

Yaş, sarı və yapışqan

Demək olar ki, hər bir insanda geniş olaraq rast gəlinən qulaq çirkinin xüsusiyyətidir. Yaş və yapışqan olması, qulaq kanalının yağlanmasını təmin edir. Bu da qurumanın və qaşıntının qarşısını alır.

 

Tünd və yapışqan

Çirkin tünd rəngli olması, bədəndə tərin artdığını göstərir.

 

Ağ, quru və kövrək

Tikə-tikə tökülən qulaq çirki, bədəni az tərli olan insanlarda müşahidə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp