Qadınlara bitki yedirib qarınlarını şişirdi, “hamiləsiniz” deyib aldatdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Afrika ölkəsi olan Qvineyada saxta həkim saxlanılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, onun saxlanılmasına səbəb hamilə olmayan qadınlara saxta bitki müalicəsi tətbiq edərək qarınlarının şişməsinə, özlərini guya hamiləymiş kimi hiss etməsinə səbəb olmasıdır.

Belə ki, Nna Fanta Camara adlı qadın hamilə olmayan qadınlara bitki qarışımları verərək onların qarnının şişməsinə səbəb olub. Yaşları 17 ilə 45 arasında dəyişən 700 qadının Camaranın “hamiləlik müalicəsi”ndən əziyyət çəkdiyi bildirilir.

Saxta müalicə üçün xəstələr qadına 33 dollar ödəyib. Bu isə sözügedən ölkə üçün çox yüksək məbləğdir. Yəni ölkədə orta aylıq gəlir 48 dollardır.

Polis saxta həkimin ayda minlərlə dollar qazandığını təxmin edir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp