Praqa otelindəki yanğın nəticəsində ölənlərin sayı 4-ə çatdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çexiyanın paytaxtı Praqada yerləşən “Eurostars David” mehmanxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 4 nəfər çatıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, daha əvvəl 2 nəfərin öldüyü bildirilirdi.

Çexiya polisinin nümayəndəsi Yan Danek bildirib : “Yanğın nəticəsində 1996-cı il təvəllüdlü Almaniya vətəndaşı və 1997-ci il təvəllüdlü Cənubi Koreya vətəndaşı həlak olub”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp