Plastik qabların ziyanı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Plastik qabları 80º C və daha artıq qızdırdıqda onlardan zərərli kimyəvi birləşmələr ifraz edilir. Bu birləşmələr qida və içkilərə daxil olur və nəticədə onlar insanlar üçün təhlükə yaradırlar.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, beləliklə, plastik qablardan isti qida və ya içki qəbul etmək olmaz. Müntəzəm surətdə bu qablardan istifadə edən insanlarda allergiya, mədə və böyrək xəstəlikləri inkişaf edə bilərlər.
Lakin həkimlər bildirirlər ki, soyuq qida və içkiləri plastik qablarda saxlamaq və dondurmaq olar. Həkimlər proqnoz verirlər ki, plastikin insan orqanizminə mənfi təsiri yaxın zamanlarda özünü göstərə bilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin