Namaz vaxtlarına aid olan gecəyarısı necə hesablanır?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Gecəyarısı anlayışı axşam namazlarının qılınmasına aiddir. Belə ki, məğrib və işa namazları gecəyarısına kimi qılınmalıdır. Üzürsüz yerə gecəyarısına kimi bu iki namazaı qılmayan şəxs təqsirkardır. Hər bir halda gecəyarısına kimi məğrib və işa namazlarını qılmamış şəxs bunu sübh azanına kimi etməlidir, amma bu zaman gərək nə əda, nə də qəza niyyəti etməsin.

Milli.Az islam.az-a istinadən bildirir ki, gecəyarısını təyin etmək üçün bu gün Günəş batdığı andan sabahkı sübh azanına kimi keçən vaxt hesablanır. Sonra bu müddət tam yarıya bölünür və Günəş batdığı vaxtın üstünə əlavə edilir. Məsələn, Günəş saat 17.30-də qürub edir, sabah isə səhər saat 6.30-da sübh azanıdır. Bunların fərqi 13 saat, bunun yarısı da 6,5 saatdır. 17.30-un üstünə 6 saat yarım əlavə edəndə gecə saat 12 alınır. Beləliklə, bu misalda gecəyarısı saat 24.00-a təsadüf edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp