Məktəbli naməlum şəkildə gözündən güllə yarası alıb – Abşeronda



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Məktəbli dərsədən evə qayıdarkən naməlum şəkildə gözündən güllə yarası alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonun Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 16 yaşlı Xəlil Allahquliyev qardaşı ilə birgə dərsdən evə qayıdarkən gözünə naməlum istiqamətdən yad cism dəyib. Nəticədə 10-cu sinif sagirdi Xəlil Allahquliyev sol göz nahiyəsindən ağır ayaralanıb.

Həmin vaxt yaxınlıqda heç kəs olmadığından hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Yaralı qan içində ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, məktəbli gətirilərkən vəziyyəti ağır olub. Dərhal tibbi müdaxilə edilib. Həkimlərin verdiyi məlumata görə, Xəlilin gözünə dəyən cism tir tüfənginin gülləsi olub.

Daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Abşeron rayon polis idarəsindən verilən məlumata görə, faktla bağlı təhqiqat işlərinə başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəbli naməlum şəkildə gözündən güllə yarası alıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp