Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Liman şəhəri  M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də  evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp