KXDR nümayəndə heyəti Cənubi Koreyada



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yeddi nəfərdən ibarət KXDR nümayəndə heyəti Pxyonçxan şəhərində keçirələcək Qış Olimpiya Oyunları zamanı musiqiçilərin çıxışına hazırlıq görmək məqsədi ilə Cənubi Koreyaya gəlib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, iki gün davam edəcək səfər zamanı nümayəndə heyətinin üzvləri musiqiçilərin çıxış edəcəyi obyektlərə baxış keçirəcək.

Xatırladaq ki, bir neçə mərhələdən ibarət danışıqlardan sonra Seul və Pxenyan Cənubi Koreyada keçiriləcək Olimpiya Oyunlarına hökümət rəsmiləri və idmançıların daxil olduğu Şimali Koreya nümayəndə heyətinin göndərilməsi barədə razılığa gəliblər.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp