Kabildə otelə hücum: 5 nəfər öldürüldü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Kabildə silahlıların “Intercontinental” otelinə hücumu nəticəsində 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “TOLO News” telekanalına Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda hücmun qarşısı tam alınıb. Üç silahlı xüsusi əməliyyat zamanı zərərsizləşdirilib, 126 nəfər xilas edilib, onlardan 41 nəfəri əcnəbidir. Ölən və yaralananlar Əfqanıstan vətəndaşıdır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp