“Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hindistan ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları dəstəkləyir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Hindistanın ölkəmizdəki səfiri Sancay Rana bildirib.

S.Rananın sözlərinə görə, sülh danışıqları belə münaqişələrin həlli üçün ən doğru yoldur:

Səfir bildirib: “Biz tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyirik. Hindistan hər zaman ərazi bütövlüyü və suverenlik prinsiplərini dəstəkləyib”.

Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına və regionda sülhün hökm sürəcəyinə ümid etdiyini vurğulayıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp