Hərbi vertolyot qəzaya uğradı: 2 nəfər həlak oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Kaliforniya ştatında “Apache” hərbi vertolyotu qəzaya uğrayıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində iki pilot həlak olub.

Qəzanın səhra üzərində təlim uçuşu zamanı baş verdiyi bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

İnsidentlə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu cari ildə ABŞ hərbiçilərinin ölümü ilə nəticələnmiş ilk bədbəxt hadisədir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp