Həm zərb alətləri düzəldir, həm də ifa edir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Nağara-davul ifaçısı Zaur Qaracayev istifadə etdiyi zərb alətlərini özü düzəldir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qazaxlı nağara-davul ifaçısı Zaur Qaracayev həm də bu alətlərin ustasıdır.

34 yaşlı sənətkar nağara və davulun müxtəlif növlərini hazırlayır. Ağac, dəri və başqa materiallardan ərsəyə gətirdiyi alətlər həm xarici görünüşü, həm də keyfiyyəti ilə diqqət çəkir. Düzəltdiyi zərb alətlərinə səsgücləndiriciləri də əlavə edib, onları şənliklər üçün hazır vəziyyətə gətirir.

Zaur Qaracayevin bu peşədə sələfi atası olub. Uşaq yaşlarından onunla bərabər toylara gedib, el şənliklərində davul vurub.

Sənətkar davulların bütün hissələrini özü düzəldir, hətta ağaclarına kimi. Düzəltdiyi nağara və davulların isə alıcıları az deyil. Ətraf rayonlardan, hətta Gürcüstandan da müştərisi olur.

Zaur sənətini daha təkmilləşdirmək və gənc nəslə də öyrətmək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Həm zərb alətləri düzəldir, həm də ifa edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp