D vitamini astmadan qoruyur



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İspan alimləri belə qərara gəliblər ki, D vitamini uşaqları astma xəstəliyinin yaranmasından xilas edə bilər.

Araşdırmalar zamanı alimlər təyin ediblər ki, havası tez-tez soyuq və nəm olan şəhərlərdə yaşayan uşaqlar astma xəstəliyinə daha çox meylli olurlar.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, D vitaminin 90%-i günəş şüaları altında insan orqanizmində sintez olunur (yaranır) və heç bir qidadan bu vitaminin lazım olan miqdarını almaq mümkün deyil. Bundan əlavə ekspertlər xatırladırlar ki, məhz vitamin D vərəm xəstəliyinin qarşısının alınmasında böyük rol oynayır.

Soyuq ölkələrdə yaşayan insanlara həkimlər tövsiyyə edirlər ki, qida rasionlarına D vitamini tərkibli vitamin və mikroelement kompleksləri əlavə etsinlər və tez-tez isti ölkələrə getsinlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp