Biləsuvarda duman problemlər yaradıb – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Biləsuvarda dumanlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətində qismən problemlər yaradıb.

Milli.Az “Report”a istinadən bildirir ki, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Sözügedən ərazilərdə bu dəqiqəyə olan məlumata görə, hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp