Bakıda supermarketdən 600 manatlıq viski oğurlanıb – 3 NƏFƏR TUTULDU
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakıda supermarketlərdən birindən bahalı içki oğurlanıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, “Kontinental” supermarketindən dəyəri 600 manat olan viskinin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində içkini oğurlayan 22 yaşlı Gülnarə İsmayılova, 32 yaşlı Tamerlan Cabbarov və 38 yaşlı Emin Babayev tutulub.
Araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin