Bakıda piyadaya yol verən maşın zəncirvari qəzaya səbəb oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Binəqədi rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində olub.

Qəza zamanı “Mercedes”, “VAZ-2107” və “Hyundai Tucson” markalı avtomobillər bir-birinə çırpılıb.

İlkin məlumatlara görə, qəza hərəkətdə olan “Mercedes”in yolu keçən piyadaya yol vermək üçün qəfil əyləci basması nəticəsində baş verib. Hər 3 avtonəqliyyat vasitəsinə ziyan dəyib, ölən və yaralanan yoxdur.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp