Bakıda 2 nəfər dəm qazından zəhərləndi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda huşsuz vəziyyətdə tapılan iki nəfərdən biri ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Naximov küçəsində yerləşən mənzilin mətbəxində paytaxt sakini, 1970-ci il təvəllüdlü Musayev Musa Fərman oğlu və onun dostu Ucar rayon sakini, 1974-cü ildə anadan olmuş Əsgərov Ceyhun Tahir oğlu huşsuz vəziyyətdə aşkarlanıb.

Onların ikisi də xəstəxanaya yerləşdirilib. Lakin C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp