Azərbaycan – Albaniya: İlk hissədə qol olmadı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası Albaniya U-21 millisi ilə qarşılaşacaq.
Gənclər millisi ilə debüt matçında “Alanyaspor”un U-21 komandası üzərində qələbəyə sevinən Sadıqov yetirmələrinin nəyə qadir olduqlarını bu dəfə də albaniyalı həmyaşıdları üzərində yoxlayacaq.
Xaricdə oynayan futbolçuların xidmətindən məhrum olan “Qarabağ”ın kapitanı heyəti yerli çempionatın iştirakçılarından qurmalı olacaq. Bununla belə, Sadıqov “Alanyaspor”la oyundan fərqli olaraq bu dəfə əlavə dörd futbolçunu – Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevi heyətə daxil edə biləcək.
Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.
Yoxlama oyunu
21 yanvar
Azərbaycan U-21 – Albaniya U-21 – 0:0
Azərbaycan: 12 Abdulla Seyidəhmədov, 20 Ömər Buludov, 4 Bəhlul Mustafazadə (K), 5 Elvin Sərkərov, 2 Sərtan Taşkın, 6 Qismət Alıyev, 28 Hacıağa Hacılı, 24 İsmayıl İbrahimli, 9 Fəhmin Muradbəyli, 27 Mahir Mədətov, 26 Ramil Şeydayev
Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov
Baş Məşqçi: Rəşad Sadıqov
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin