Axtarışda olan şəxslər istirahət mərkəzində yaxalandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Axtarışda olan şəxslər narkotik maddə ilə saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yerləşən istirahət mərkəzinin kotecində istirahət edən, rayonun Hişkədərə kənd sakini, Rusiya polisi tərəfindən axtarışda olan Namiq İmamverdi oğlu Feyzullayev və Bakı şəhər sakini, Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan Elza Teymur qızı Yarıyeva saxlanılıb.

Həmçinin, həmin kotecdə Elza Yarıyevaya məxsus əl çantasından da narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Axtarışda olan şəxslər istirahət mərkəzində yaxalandı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp