Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqladı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

“Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.)  şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar Azad Suriya Ordusu ilə birgə əməliyyat keçirəcək”, – deyə B.Yıldırım qeyd edib.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp