Afrində terrorçuların 100-dən çox hədəfi məhv edildi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələri PYD/PKK terrorçularına məxsus 108 hədəfi məhv edib.
Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barətə Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilir.
Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.
Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib.
Milli.Az