6 qaçqının Alp dağları ilə təhlükəli yolu
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Reuters agentliyi yanvar ayında Alp dağlarını aşaraq İtaliyadan Fransaya çatmağa çalışan bir qrup qaçqın miqrantın təhlükəli səyahəti barədə görüntülər yayıb.
Reyters 6 qaçqından ibarət miqrant qrupunun mənfi 9 dərəcə olan şaxtalı havada hərəkət etdiyini qeyd edərək, qaçqınların əyin-başının şaxtalı havaya uyğun olmayan dərəcədə yüngül olduğunu qeyd edir.
Qaçqınlardan qvineyalı Abdullhai deyib ki, 3 uşağı və arvadının qaldığı vətənindən Alp dağlarına evinden çatmaq üçün 3 il sərf edib.
O, ümid edir ki, tezliklə getdiyi yerə çatacaq: “Qvineyada mənim üçün, uşaqlarım üçün bir gələcək yoxdur. O gələcəyi burada, Avropdada əldə edə bilərik”.
2015-ci ildə Yaxın Şərqdən və Afrikadan Avropaya bir miyondan çox qaçqın gəlib.
2016-cı ildə qayıqlarda Avropaya çatanların sayı 363,504 nəfər olub, 2017-ci ildə isə onların sayı təxminən ikiqat azalıb.
Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, yalnız İtaliyaya çatmaq istəyənlərin arasında həyatını itirənlərin sayı 20 minə yaxındır.
Reuters-in danışdırdığı qaçqınlardan qvineyalı 28 yaşlı Kamarra bildirib ki, “Liviyada aylarca əsir kimi saxlanılıb, qul kimi, pulsuz, işləməyə məcbur edilib” .
Qrup üzvləri yol üstündə qarşılarına çıxmış mağarada istirahət üçün dayanacaq qurub, od qalayaraq istisində qızınıblar.
Reuters qeyd edib ki, qrupun 6 üzvündən heç biri müxbirə soyadlarını açıqlamaq istəməyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin