Əfqanıstanda silahlı hücum – azı 18 nəfər öldü
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
“Taliban” silahlıları Əfqanıstanın şimalında iqtidaryönlü silahlı dəstələrə hücum ediblər.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hücum nəticəsində azı 18 nəfər həlak olub. Hücum Balx əyalətində nəzarət buraxılış məntəqəsinə olunub.
Qeyd edək ki, son vaxtlar Əfqanıstanın şərq və cənub əyalətlərində ekstremist qruplaşmalar aktiv fəaliyyətə başlayıb.
Milli.Az