Əfqanıstanda otelə hücum: ölənlərin arasında 14-ü əcnəbidir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əqanıstan Daxili İşlər Nazirliyi Kabildə “”Intercontinental Hotel” otelinə hücum nəticəsində 18 nəfərin ölümünü təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  “1TV” telekanalının məlumatına əsasən, həlak olanların arasında 14 nəfəri əcnəbidir.

Əfqanıstanın “Kam Air” aviaşirkətinin nümayəndəsinin sözlərinə görə, hücum zamanı aviaşirkətin 11 əcnəbi əməkdaşı həlak olub, 9-u isə itkin düşüb. Həlak olanlar arasında ukraynalılar və venesuelalılar var.

Qeyd edək ki, 18 saat davam edən silahlıların hücumunun qarşısı alınıb. Hücuma görə məsuliyyəti “Taliban” radikal qruplaşması öz üzərinə götürüb. Hücumda 5 silahlı iştirak edib.

“Tolo News” telekanalının məlumatına görə, hücum nəticəsində 43 nəfər həlak olub, lakin DİN 18 nəfərin ölümünü təsdiqləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp