YouTube yeni mübarizəyə başladı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“YouTube” video hostinq platformasının administrasiyası vicdansız bloqerlər barəsində yürüdülən siyasəti sərtləşdirməyi planlaşdırır. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qaydalar, əsasən, dərc edilən məzmundan əldə olunan pula qarşı qoyulmuş tələblərə təsir göstərəcək. Məsələn, bloqer əməkdaşlıq proqramına onun kanalının baxış sayı son 12 ayda 4 min saat və ən azı 1000 abunəçisi olduğu halda qoşula biləcək. Bu tədbirlər vicdansız bloqerlərin pul qazanaraq video hostinqin  başqa istifadəçilərinin gəlirlərinə müdaxilə etməsinin qarşısını alacaq.

Yeni qaydaların 20 fevral tarixindən qüvvəyə minəcəyi gözlənilir. Bu, çoxlu sayda kanalın işinə təsir edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp