Yeni LG monitorları HDR-li oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“LG” şirkəti “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən üç yeni monitor modeli təqdim edib. “27UK650-W”, “29WK600-W” və “34WK650-W” adlı qurğular müvafiq olaraq 27, 29 və 34 düym diaqonallı ekranlarla təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, monitorlardan birinin təsvir ölçüsü 3840×2160 piksel, digər ikisinin isə 2560×1080 piksel təşkil edir. Yeni qurğular horizontal və vertikal üzrə 178 dərəcə baxış bucağı, 1000:1 kontrastlıq və 5 milli-saniyə reaksiya vermə vaxtı ilə xarakterizə edilir.

“27UK650-W” monitoru 350 kd/m2, “29WK600-W” və “34WK650-W” isə 300 kd/m2 maksimal işıq parlaqlığına malikdir. Qurğuların hər biri iki “HDMI” çıxışı və bir “DisplayPort” ilə təchiz olunub. Bundan əlavə, qaranlıq yerlərdə keyfiyyətli təsviri təmin edən “Black Stabilizer” texnologiyası dəstəklənir.

Yeni “LG” monitorlarının yanvarın sonunda satışa çıxarılması nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp