Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Arıqlamaq üçün ən təsirli qarışımlardan biri soğan ilə hazırlanan qarışımdır. Sizə faydalı soğan qarışımını təqdim edirik.

Sağlamlıq baxımından saysız faydası olan soğan metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Bundan pəhriz və məşq proqramlarında çox istifadə edilir. Çünki bədəndə yaranan yağlanmanı azaldaraq, arıqlamağa kömək edir. Lakin adətən soğanın özü deyil, suyu istifadə edilir. Milli.Az lent.az-a istinadən xəbər verir ki, səbəbi isə soğanın içərisindəki faydalı enzimlərin kəsildikdən sonra itməsidir. Buna görə soğan suyu ilə hazırlanan qarışım arıqlamağa daha çox kömək edir.

Soğan suyu qarışımı

Lazım olanlar:

1 ədəd qabıqlı soğan

2 stəkan su

Hazırlanması:

Əvvəlcə soğanı yuyun. Bir qazanın içərisinə su əlavə edib qaynadın. Qaynadıqdan sonra baş soğanı 4 hissəyə bölərək, suyun içərisinə qoyun. 5 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürün. Hazırladığınız qarışımı süzün və yeməklərdən 15 dəqiqə əvvəl 1 stəkan için. Bu qarışım iştahanızı kəsərək daha az yemək yemənizi, həm də metabolizmanın sürətli işləməsini təmin edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp