“Yandeks” yemək çatdırma xidməti yaratdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Yandeks.Taksi” şirkəti “Yandeks.Yeda” (yemək) adlı törəmə MMC (məhdud məsuliyyətli cəmiyyət) yaradıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni MMC yemək sifarişlərinin ünvanlara çatdırılması biznesini inkişaf etdirəcək. Bu qurum “Yandeks.Taksi” və “Uber”in Rusiya, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstandakı bizneslərinin birləşməsi nəticəsində yaranacaq yeni holdinqin tərkibinə daxil olacaq.   

 

Xatırladaq ki, “Yandeks.Taksi” və “Uber” 2017-ci ilin iyulunda postsovet məkanında bizneslərini birləşdirmək barədə razılığa gəldiklərini açıqlayıblar. Birləşmə nəticəsində “Yandeks” yemək çatdırma xidməti “Uber Eats”i əldə edib. Dekabr ayında isə “Yandeks.Taksi” restoranlardan yeməklərin götürülməsi ilə məşğul olan “Foodfox”u alıb. “Foodfox”un yaradıcılarından biri Maksim Firsov “Yandeks.Yeda”nın baş direktoru təyin edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp