Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası olacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi bu ölkə tərəfindən irəli sürülməli, tarix digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır”.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquq statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov deyib.

“Əvvəl düşünülürdü ki, sammit ilin birinci yarısında keçirilsin. Lakin hər şey Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən asılıdır. Çünki sammiti qəbul edən tərəf onlardır.

Razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırmalıyıq. Buna görə işçi qrupunun görüşü olacaq. Ola bilsin ki, bu görüş fevralda keçirilsin”, – deyə X. Xələfov qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp