“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Apple” cihazlarının istifadəçiləri “WhatsApp” əlavəsində işlərini dayandırmadan “YouTube” videoçarxlarını izləmək üçün yeni funksiya əldə ediblər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu imkanlardan istifadə etmək üçün mobil cihaz istifadəçiləri messencerlərini v2.18.11 versiyasına qədər yeniləməlidirlər. 

Bundan öncə “WhatsApp” istifadəçisi “YouTube”də video izləmək üçün videohostinqin əlavəsinə keçməli olurdu ki, nəticədə messencerdəki işlərini yekunlaşdırmalı olurdu. Müəyyən işləmələrdən sonra “WhatsApp”ı v2.18.11 versiyasına qədər yeniləyən “Apple” cihazlarının sahibləri messencerdə işləyərək və məlumat göndərərək eyni vaxtda “YouTube” videoçarxlarını izləyə biləcəklər. 

Hələlik yeni funksiyanın ancaq iOS cihazlarında istifadə edilməsi mümkündür. “Android” sahibləri üçün versiyanın olacağı isə hələlik məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp