WhatsApp pulköçürmələri sistemini sınayır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ötən ilin aprelində məlum olmuşdu ki, “WhatsApp” Hindistanda P2P pulköçürmələri sistemini istifadəyə verməyə hazırlaşır. Bu yaxınlarda məlum olub ki, “WhatsApp” messencerinə sahib olan “Facebook” şirkəti bu funksiyanı sınaqdan keçirməyə başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, pulköçürmələri sistemi “Unified Payments Interface” (UPI) interfeysi üzərində qurulub. Bu interfeys bank hesabları arasında pulköçürmələrini ödənişsiz həyata keçirməyə imkan verir. İlkin mərhələdə mesajlarla mübadilə servisi yalnız istifadəçilər arasındakı ödənişləri dəstəkləyəcək.

Gələcəkdə “WhatsApp”, ehtimal ki, pulköçürmələri sistemi əsasında ödəmə sistemi yaratmağı planlaşdırır, çünki məhz belə sistem şirkətə real pul qazandıra bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp